Almazdan SƏMİMİ ETİRAF: “Ayda bir dəfə bunu etməsəm, ürəyim partlayar”
“Bir ayın içində təyyarəyə minməsəm, ürəyim partlayar”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əməkdar artist Almaz Ələsgərova “Günə uğurla” verilişində deyib.
Sənətçi hər ay xarici ölkələrə gedib-gəlsə də, başqa ölkələrdə daimi yaşaya bilmədiyini qeyd edib:
“Gəzməyi çox sevirəm, bu mənim hobbimdir. Bir ayın içində təyyarəyə minməsəm, ürəyim partlayar. Amma xaricə köçmək fikrim yoxdur. Əvvəllər, cavan vaxtlarımda istəyirdim, xaricə köçüb orada yaşayım. Amma indi on gündən artıq xaricdə qala bilmirəm. Qayıdıram bura. Azərbaycan, Bakısız qala bilmirəm. Qurban olum onun suyuna, torpağına”.
Nehru












