Niderland Krallığının paytaxtı Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayı başlayıb.
Yenicag.az xəbər verir ki, qurultayda Azərbaycan prezidentinin İctimai məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, ictimai-siyasi xadimlər, Avropa ölkələrindəki diaspor nümayəndələri, Azərbaycanın bir sıra aparıcı KİV rəhbərləri və digər qonaqlar iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışı zamanı prezident İlham Əliyevin və Azərbaycan dövlətinin xaricdəki diaspor nümayəndələrinə diqqət və qayğısından, ölkə həqiqətlərinin dünyada daha intensiv təbliğindən danışıb.
Qurultay çıxışlar və panellər üzrə davam edəcək. Qurultayda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbirlər müzakirə olunacaq, qurultayın idarə heyətinin hesabatı dinləniləcək, o cümlədən “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” adlı panel təşkil olacaq. Paneldə Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər də iştirak edəcək.
Avropa Azərbaycanlıları Konqresinin
(növbədənkənar) VI Qurultayının
və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbirin
PROQRAMI
Amsterdam 26-27 fevral
Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayının və
Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş tədbirin
PROQRAMI
Niderland Krallığı, 26-27 fevral 2018-ci il
Amsterdam şəhəri
Bazar ertəsi 26 fevral 2018-ci il
Gün ərzində Qurultay nümayəndələri və qonaqların oteldə yerləşdirilməsi
17:30-19:00 Oteldə şam yeməyi
20:00 Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş rekviem
Çərşənbə axşamı 27 fevral 2018-ci il
10:00-10:45 Qurultayın rəsmi açılış mərasimi
10:45-10:55 Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin
hesabatı
10:55-11:10 Mandat Komissiyasının məlumatı
11:10-11:30 Kofe fasilə
11:30-12:30 I PANEL İCLASI: Azərbaycan Respublikası Prezidentinin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar, Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi
Moderator: Samira Patzer-İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri Prezidenti, AAK-ın İcraiyyə Komitəsinin üzvü
Spikerlər:
- Arzu Oqtay, Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri
- Səfər Qaraqoyunlu, AAK-ın İcraiyyə Komitəsinin üzvü, İstanbuldakı Türkiyə Azərbaycan Dərnəyinin sədri
- Tənzilə Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri
- Zərifə Əlizadə, Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri
12:30-13:30 II PANEL İCLASI: “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi
Moderator: Mirvari Fətəliyeva, AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri
Spikerlər:
- Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri
- Başar Kömür, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri
- Nail Məmmədzadə, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri
14:30-15:30 III PANEL İCLASI: “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə)
Moderator: Azər Həsrət, Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə heyətinin üzvü
Spikerlər:
- Vusale Mahirqizi, APA Holdinqin prezidenti
- Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru
- Aynur Quliyeva, “Gündəlik Teleqraf” MMC-nin rəhbəri
- Murad Əliyev, Report informasiya agentliyinin bas direktoru
15:30-16:00 Qurultayın sənəd layihələrinin müzakirəsi :
– Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və
dəyişikliklər
- Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün Fəaliyyət Proqramı
- Qurultayın Qətnaməsi
- Qurultay iştirakçılarının Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları bəyanat
- Qurultay iştirakçılarının “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciəti
16:00-16:30 Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılması
16:30-17:00 Qurultayın bağlanışı
www.yenicag.az