Ana və azyaşlı övladını maşın vurub

media-hightechnic-468x90

загруженное (15)Gəncə şəhərində yolu keçmək istəyən iki nəfəri maşın vurub.

Gəncə şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, Heydər Əliyev prospektində baş verib. Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü İntizar Xəlilova və onun azyaşlı qızı, 2010-cu il təvəllüdlü Fatimə Xəlilova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Uşağın vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa