Ana və qızının intihar etməsi faktı ilə bağlı həbs edilən yoxdur

media-hightechnic-468x90

download (4)Bakıda ana və qızının intihar etməsi faktı ilə bağlı həbs edilən yoxdur.

Bu barədə açıqlamasında Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Günel Məmmədova bildirib.

Onun sözlərinə görə, həmin faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri davam etdirilir.

G.Məmmədova həmçinin qeyd edib ki, bəzi KİV-də həmin hadisə ilə bağlı ailə başçısı Asəf Fərzəliyevin həbs edilməsi barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir.

Qeyd edək ki, bir neçə gün əvvəl Yeni Yasamal 2, ev 10 ünvanında 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva özlərini yaşadıqları binanın 9-cu mərtəbəsindən ataraq intihar ediblər. İki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600