Anar Məmmədov Ebru Poladı bağışlayıb?
Məşhur müğənni xüsusi təyyarə ilə Azərbaycana gətiriləcək.
Son “Günaha dəvət” adlı mahnısı ilə hər kəsin sevgisini qazanan məşhur müğənni Ebru Polad bir azərbaycanlı nazirin biznesmen oğlunun doğum günündə oxumaq üçün bu yaxınlarda Azərbaycana gələcək.
Bildirilir ki, Ebru ölkəmizə nazir oğlu tərəfindən təsis edilən xüsusi təyyarə ilə gələcək və gəldiyi günün sabahı Türkiyəyə qayıdacaq.
Xatırladaq ki, xəbəri yayan media həmin nazirin adını gizli saxlasa da bir neçə il öncə Ebru Polad Bakıya gələrkən Nəqliyyat Naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun ona 25 min evroluq çanta hədiyyə etdiyi yazılmışdı. Bu xəbər istər-istəməz Anar Məmmədovun müğənni ilə barışdığı iddiasını gündəmə gətirir.