Ankarada kritik QARŞILAŞMA: Türkiyə və Avropa İttifaqı hansı razılığa gəldi?
Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos və Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ–Türkiyə Gömrük İttifaqının modernləşdirilməsi və onun tətbiqinin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Yenicag.az xəbər verir ki, Marta Kos cümə günü Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüş keçirib.
Görüşdən sonra yayımlanan birgə bəyanatda tərəflər Gömrük İttifaqının modernləşdirilməsi üçün yol açmağa hazır olduqlarını bildiriblər.
Bəyanatda qeyd olunub ki, bu addım hər iki tərəf üçün rəqabət qabiliyyətinin artırılmasına, iqtisadi təhlükəsizliyin və dayanıqlığın gücləndirilməsinə, eləcə də Gömrük İttifaqının tam potensialına çatmasına xidmət edəcək.
Nəsimi Ələsgərli












