Anlaşma Memorandumunun yenilənməsi nəyi özündə ehtiva edir?

media-hightechnic-468x90

JY9TKJHİlham Şaban: “…Azərbaycanla Türkmənistan boru kəmərinin təhlükəsizliyinə dair məsələləri öz üzərlərinə götürsünlər”

Xəbər verildiyi kimi Avropa Komissiyası Azərbaycan və Türkmənistana Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı qarşılıqlı Anlaşma Memorandumunu yeniləməyi təklif edib. Bunu Avropa Komissiyasının Enerji İttifaqı üzrə sədr müavini Maroş Şefçoviç “Kommersant” qəzetinə müsahibəsində deyib:“2011-ci ildən Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı qarşılıqlı Anlaşma Memorandumu çərçivəsində danışıqların aparılması mandatını alıb. İndi biz Azərbaycan və Türkmənistana bu memorandumu yeniləməyi təklif etmişik”.

Yenicag.az-a açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, təklif olunan sözügedən memorandumun yenilənməsi məsələsi özündə Azərbaycanla Türkmənistanın Xəzərdən keçən boru kəmərinin təhlükəsizliyini öz üzərlərinə götürməsini ehtiva edir: “Azərbaycanla Avropa İttifaqı arasında enerji memorandumu 2011-ci ildə imzalanmışdı. Onun nəticəsi olaraq “Cənub qaz dəhlizi” ortaya gəldi və o 2013-cü ildə reallaşdı. Həmin il AB, Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əməkdaşlığa dair danışıqlar başlandı. Həmin vaxt Bakı ilə Aşqabad arasında enerji əməkdaşlığına dair bir memorandum da ortalıqda idi. Ancaq AB ilə Türkmənistan o zaman bir sənəd imzalamadılar. Hesab edirəm ki, hazırda AB artıq “Cənub Qaz dəhlizi“nin reallaşmağa doğru getdiyinə əmin olduğundan, o cümlədən regionumuzda gedən ictimai-siyasi proseslər ona sövq edir ki, həmin layihənin Xəzərin sağ sahili, yəni Türkmənistana qədər uzadılması məsələsini gündəmə gətirsinlər. Bunun başlanğıcı olaraq da Azərbaycanla Türkmənistan arasında ikitərəfli əməkdaşlığa dair sənədin imzalanmasına ehtiyac duyulur. Bu baxımdan da Avropa Birliyinin enerji məsələlərinə cavabdeh şəxsi Şevçovic belə bir açıqlama ilə çıxış edib. Bu memorandumun əsas qayəsi ondan ibarət ola bilər ki, Azərbaycanla Türkmənistan boru kəmərinin təhlükəsizliyinə dair məsələləri öz üzərlərinə götürsünlər. Dənizdə təhlükəsizlik məsələsi çox vacibdir. Bu məsələ həllini tapmasa şirkətlər bura investisiya etməkdə maraqlı olmayacaqlar. Sığorta şirkətləri də təhlükəsizlik məsələsində maraqlıdırlar. Qapalı hövzədən qaz aparılmasaı uzun, amma həlli mümkün məsələdir. İndi əsas məsələ onu başlamaqdan ibarətdir”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600