2024-cü ilin əvvəlindən Taylandda yüksək tempraturdan zərər çəkmiş 61 nəfər həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Tayland Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Paytaxtda və ətrafında, eləcə də havanın həratətinin 40 dərəcədən yuxarı qalxdığı şimal-şərq bölgələrində temperaturun artması barədə xəbərdarlıq edilən açıqlamada yaşlı insanlar və xroniki xəstəliyi olanlar istilikdən ehtiyatlı olmağa çağırılıb.
Bir həftə ərzində ölkənin şimalındakı Lampanq bölgəsində temperatur 44,2 dərəcəyə yüksəlib və 2023 – cü ilin milli temperatur rekordu-44,6 dərəcəyə yüksəlib.
Qeyd olunur ki, El Nino iqlim hadisəsi ilin ən yüksək temperatur dövrünü yaşayan Cənub-Şərqi Asiya ölkələrində istiliklə bağlı ölüm riskini artırıb.
İsmayıl Bakuvi
www.yenicag.az