“Apple”ın işçiləri 16 saat çalışır

media-hightechnic-468x90

79534 (1)“Apple”ın Asiyadakı zavodundan şok görüntülər yayımlanıb.

bir jurnalist zavodda apardığı gizli araşdırma ilə işçilərin çətin iş rejimini ortaya çıxarıb. Məlum olub ki, işçilər zavodda 16 saat fasiləsiz çalışdırılır. Hətta azyaşlı uşaqlar da işə cəlb olunub. Gizli çəkiliş aparan jurnalist masa başında yatan uşaqları və ölüm təhlükəsi ilə işləyənlərin vəziyyətini ortaya çıxırıb.

Jurnalist Peqatron adlı fabrikdə özünü işçi olaraq təqdim edərək işə başlayıb və 18 gün orada fasiləsiz işləyib. Daha sonra işə başlayan müxbir “Apple” kompüterlərini montaj edib. İdarəçilərə icazə tələblərini dəfələrlə bildirsə də heç bir nəticə əldə edə bilməyib.

İşçilərin 12 saat işlədikdən sonra mürgülədiyini deyən jurnalist çox yorulduqlarına işarə edib: “Ac olsamda durub yemək yeməyə halım olmurdu. Tək istədiyim şey yatıb birazca dinlənə bilmək idi. Gəcələri də həddindən artıq stress səbəbindən yata bilmirdim”, – deyə jurnalist bildirib.

“Apple” şirkəti isə Asiyadakı zavodlarda olan mövcud vəziyyətdən xəbərdar olduqlarını bildirib. Şirkətdən verilən məlumata görə, işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün çalışmalar aparılır.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600