!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aqil Ələsgər: “Seçkilərin işğaldan azad edilmiş əraziləri də əhatə etməsi məsuliyyət hissini ikiqat artırır”

!Reklam – Yazi

“Milli Məclisə seçkilərin təşviqat mərhələsinin bitməsinə sayılı günlər qalır. Prosesin ilk mərhələləri sabit, qanunlara əməl edilməklə başa çatıb. Hər hansı bir gərginlik hallarına rast gəlinməyib. Bunun bir səbəbi ölkədə demokratik seçki mühitinin mövcudluğudur. Dövlət seçkiyə qatılan namizədlər üçün hər cür şərait yaradıb və bu, hər kəsi qane edir. Digər bir səbəb isə indiki seçkilərin tarixi əhəmiyyəti ilə bağlıdır. İşğaldan azad edilmiş torpaqlarımızda seçkilərin keçirilməsi insanlarda xüsusi ovqat yaradır. Hər kəs bu ovqata köklənib”.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib.

Baş redaktor qeyd edib ki, parlament seçkilərində iştirak edən namizədlər arasında kifayət qədər tanınan, müstəqil mühakimə qabiliyyəti olan, xalqımıza, dövlətçiliyimizə sadiq simalar var: “Hər kəs çalışır ki, bu seçkilərə töhfə qatsın, seçkinin nəticəsi dövlətimiz və xalqımız üçün faydalı olsun. Bu düşüncə bütün ölkə böyu hakimdir. Regionlarımızda da sağlam seçki prosesinə şahidlik edirik”.

COP29

www.yenicag.az

397
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv