!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Arda Turan “Mançester Yunayted”-ə keçə bilər

!Reklam – Yazi

94093“Atletiko Madrid” klubunun türk futbolçusu Arda Turan İngiltərə Premier Liqasına gedə bilər.

Yenicag.az xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubu Türkiyə millisinin üzvü Arda Turanı heyətinə qatmaq istəyir. İngiltərə nəhəngi ulduz futbolçu üçün 39 milyon avro təklif edəcək.

İddialara görə, “Milan”, PSJ və “Çelsi”dən sonra Arda Turana ən yüksək təklifi “Qırmızı Şeytanlar” edəcək. “Mançester Yunayted” rəhbərliyi baş məşqçisi Luis van Qalın təlimatı əsasında türk ulduzu klubun heyətinə qatmağa çalışacaq.

Kariyerasını İngiltərədə davam etdirmək istəyən türk futbolçu da bu transferə müsbət baxır. İngilis klubunun yaxın vaxtlarda bu transferi bitirmək üçün hərəkətə keçəcəyi deyilir. İddialara görə, “Atletiko Madrid” bu transfer təklifinə yox deməyəcək.

Qeyd edək ki, türk futbolçu 2011-ci ilin avqust ayında “Qalatasaray”dan 13 milyon avro müqabilində “Atletiko Madrid”ə transfer olub. Arda İspaniyada çıxış etdiyi 4 mövsümdə UEFA Super Kuboku (2012-ci il), UEFA Avropa Liqası (2011-2012-ci il), İspaniya La Liqa (2013-14-cü il), İspanya Kral Kuboku (2012-13-cü il), İspanya Süper Kuboku (2014-cü il) və UEFA Çempionlar Liqası II (2014-cü il) qazanıb.

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv