Arif Rəhimzadə MDB Məşvərət Şurasında
Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVII iclasında iştirak etmək üçün noyabrın 6-dan 8-dək Qazaxıstanda səfərdə olacaq.
Milli Məclisdən verilən məlumata görə, Astana şəhərində keçiriləcək toplantıda MDB-yə üzv ölkələrdə əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ünvanlı sosial yardımların verilməsi sahəsində şəffaflığın qorunması, habelə qaçqınlarla bağlı problemlərin həlli məsələləri müzakirə ediləcək.
Tədbirdə A. Rəhimzadənin “MDB-yə üzv olan ölkələrdə sosial qanunvericilik bazasının gücləndirilməsi” mövzusunda çıxışı nəzərdə tutulur.
(topnews.az)