!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Artıq çəkinin səbəbi çörək deyil – “Daily Mail”

!Reklam – Yazi

Artıq çəkinin birbaşa səbəbi çörək deyil.

Yenicag.az xəbər verir ki, bu barədə britaniyalı dietoloqlar Helen Bond və Azmina Qovinci Daily Mail-ə danışıblar.

Dietoloqlar bildirir ki, çörək bir çox insanda normal olaraq şişkinliyə səbəb olmur. Həmçinin, bu məhsul çəki artımının birbaşa səbəbi deyil.

Bond bir çox insanın kilo alması və şişkinliklə bağlı narahatlıqlar səbəbiylə çörəyi pəhrizindən çıxardığını söyləyib.

Dietoloqun sözlərinə görə, çölyak xəstəliyi (taxıl zülalına, qlütenə qarşı dözümsüzlük) yüz nəfərdən birində baş verir.

Buğda bəzən həssas bağırsaqları olan bəzi insanlarda şişkinliyə səbəb ola bilər. Bununla belə, çörək əksər insanlar üçün təhlükəsizdir.

Zavodda qablaşdırılan çörək ultra emal olunmuş qida məhsulu kimi təsnif edilir.
Bununla belə, bütün çörək növləri emulqator və konservantların olmasına baxmayaraq sağlamlığa mənfi təsir göstərmir.

Dietoloq qeyd edib ki, kəpəkli çörək balanslaşdırılmış pəhrizə əla əlavə ola bilər.

Qidalanma mütəxəssisi Azmina Qovinci deyib ki, supermarketlərdə satılan təzə taxıl çörəyindən qorxmaq lazım deyil.
Çəki almamaq üçün çörəyi ölçülü yemək vacibdir.

Lifi az olan ağ çörəyi sevənlər günəbaxan tumları ilə yeyə bilərlər. Bu, bədəni lazımi pəhriz lifi ilə təmin edəcəkdir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv