“Arzu, salamat qal” yazan neftçi dəfn olundu

media-hightechnic-468x90

iman AZVISIONAZ“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyiti ötən gün Xəzərin Türkmənistan sektorunda tapılan neftçi İman Qasımov artıq dəfn olunub.

media-banner_tkm

Lökbatan qəbirstanlığında keçirilən dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, SOCAR-ın və “Azneft”in rəhbərliyi iştirak edib.

Qeyd edək ki, bu il dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermişqəza nəticəsində 7 nəfər həlak olub, 29 nəfər itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin axtarış xilasetmə qüvvələri dərhal itkin düşənlərin axtarışına başlayıb. Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb, 23 nəfərin isə axtarışları davam etdirilib.

Daha əvvəl mətbuatda İman Qasımovun həyat yoldaşı Arzu xanıma yazdığı “Arzu, salamat qal. Mən getdim, uşaqlara böyüklük et” mesajı yayılmışdı.(Azvision)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05