Bu gün vəfat edən Aşıq Azər Xanlaroğlu günorta saatlarında dəfn olunacaq. Cənazə Badamdardakı evindən götürüləcək.
Mərhumun bacısıoğlu Süleyman Yenicag.az-a açıqlamasında aşığın halının qəfildən pisləşdiyini deyib:
“Azərin vəziyyəti son iki həftədə pisləşdi, sən demə, daxilində ağırlaşma prosesləri gedirmiş, viruslar oyanıbmış. Bizim xəbərimiz olmayıb. Xəstəxanaya çatdırdıq, artıq gec idi. Komaya düşmədi, elə danışa-danışa getdi”.
Qeyd edək ki, o, uzun illərdir “Hepatit B” virusunun daşıyıcısı idi.
Allah rəhmət eləsin!
Cəvahir
www.yenicag.az