ailand, Afrikada baş verən epidemiyadan sonra dünyanın bütün bölgələrində yayılan M-pox (meymunçiçəyi) virusunun yeni təhlükəli “Clade Ib” ştamını aşkar edən Asiyada ilk ölkə olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Bangkok Post” məlumat yayıb.
Tailandın Səhiyyə Nazirliyinin məlumatına görə, “Clade Ib” ştammı üçün müsbət test verən xəstə, keçən həftə Afrikadan Banqkoka gələn və avqustun 15-də meymunçiçəyi simptomları ilə xəstəxanaya yerləşdirilən 66 yaşlı avropalı kişidir.
Həkimlər həmçinin xəstə ilə yaxın təmasda olan 43 nəfəri müəyyən edərək, onları 21 gün müşahidə altında saxlayıblar. Bu müddət ərzində onlardan birində qızdırma, səpgi və ya böyüdülmüş limfa düyünləri inkişaf edərsə, belə bir şəxs xəstəxanaya yerləşdiriləcəkdir./unikal
www.yenicag.az