Astarada mikroavtobus nənə və nəvəni vurdu

media-hightechnic-468x90

Astarada sərnişin mikroavtobusu 4 yaşlı uşağı və nənəsini vurub.

Yenicag.az xəbər verir ki, Astara rayonun Ərkivan qəsəbə sakinin, 38 yaşlı Ramil Hüseynovun idarə etdiyi “Mercedes-Benz” markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Ərçivan qəsəbəsindən keçən hissəsində yolu keçmək istəyən Məlahət Əfsəlova və onun 4 yaşlı nəvəsi Gülağa Əfsəlovu vurub.

Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qadın Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Azyaşlının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa