Atalıq məzuniyyətindən yararlananların sayı AÇIQLANIB

media-hightechnic-468x90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 18 işəgötürən tərəfindən 25 işçiyə uşağının doğulması ilə bağlı ödənişli məzuniyyət verilməsinə dair əmr rəsmiləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Xatırladaq ki, əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş və hazırda qüvvədə olan yeni dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə doğuşdan əvvəl və doğuşdan sonrakı dövrləri əhatə edən 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Bununla əlaqədar yanvar ayında ƏMAS-da işəgötürən tərəfindən işçiyə qeyd edilən məzuniyyətin verilməsinə dair əmrin rəsmiləşdirilməsi üçün yeni funksionallıq yaradılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05