!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2024: Bu komanda cütlüyün favoritidir – Bugünkü qarşılaşmaların PROQNOZU

!Reklam – Yazi

“Ronaldo istənilən zaman qol vurmağa qadir futbolçu olsa da, əvvəlki matçlarda “maşın” kimi oynayan Ronaldonun hərəkətliliyi artıq yavaş-yavaş aşağı düşüb”.

Bu fikiləri Yenicag.az-a açıqlamasında Avro-2024-ün pley-off mərhələsi çərçivəsində keçiriləcək Fransa-Belçika, Portuqaliya-Sloveniya matçlarını dəyərləndirən futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, Avropa Çempionatında qrup oyunlarından sonra bütün pley-off oyunları çox gərgin məcrada keçəcəyi açıq-aşkar görsənirdi:

“Həm İngiltərə-Slovakiya, həm də Gürcüstan-İspaniya oyunu çox dramatik keçdi. Düzdür, ingilislər son dəqiqələrdə vurduqları qolla oyunu uzatmalara çevirib, daha sonra qələbə qazana bildilər, amma ispanlar isə ikinci hissədə məsələni həll edə bildilər. Bu da gözlənilən idi. Bəlkə də çempionatın debütantı belə pley-off mərhələsində mübarizə aparmağı bacarır və favoritlərə belə çətin anlar yaşada bilir”.

Qarşıdakı oyunlar haqqında danışan mütəxəssis qeyd edib ki, Fransa-Belçika oyununda hər iki komandanın mərhələ adlayaraq ¼ finala çıxmaq şansı var:

“Təbii ki fransızların şansları belçikalılara nisbətən daha çoxdur. Bunu belçikalıların qrup oyunlarında şahidi olmuşduq. Buna baxmayaraq, əslində, Belçikanın böyük potensialı var. Fransasızlar boşluq buraxası olsalar, Belçikanın elə oyunçuları var ki, istənilən halda, qol vura bilərlər. Amma fransızların da Mbappe kimi güclü silahları var. Belçikanın da oyun boyu yalnız müdafiədə olacağını düşünmürəm. Belə olan halda, fransızların aparıcı oyunçuları ilə bu boşluqlardan istifadə edə bilərlər. Fransa bu cütlüyün nisbətən favoriti sayıla bilər.

Portuqaliya-Sloveniya matçına gəldikdə, portuqallar ilk oyunlarda güclərini göstərə bildilər. Lakin Gürcüstanla qarşılaşmada məğlub olduqlar deyə, ola bilər oyuna laqeyd yanaşdılar. Həm də oturuşmuş müdafiəni yarmaqda çətinlik çəkirdilər. Düşünürəm ki, Sloveniya ilə oyunda Silvanın, Brunonun sayəsində onlar oturuşmuş müdafiəni yara və uğur qazana biləcəklər.

Ronaldo istənilən zaman qol vurmağa qadir futbolçu olsa da, əvvəlki matçlarda “maşın” kimi oynayan Ronaldonun hərəkətliliyi artıq yavaş-yavaş aşağı düşüb. Hər halda, portuqallar bu cütlüyün favoritidirlər”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv