“Avropa ermənilərdən oyuncaq kimi istifadə edir”–Türkiyəli deputat
“Avropa Parlamentinin qərarı Türkiyəyə heç bir təsir göstərə bilməz” .
Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul millət vəkili olan İsmail Safi Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi addımlar Türkiyəyə təzyiq vasitəsidir:
“Bu gün təəssüf ki, Avropanın bəzi dövlətləri uydurma və tarixi gerçəkliyi olmayan erməni yalanlarının arxasınca gedirlər. Onlara tarixi faktlara yox, siyasi konyukturaya inanırlar. Həmin qüvvələr Ermənistanı və ermənilər kimi bir maşa və ya oyuncaq kimi istifadə edirlər. Bununla Türkiyə qarşı təzyiq etməyə və istədikləri nəticəni almağa çalışırlar. Amma bununla Türkiyə hansısa bir formada təsir etmək qeyri mümkündür. Ona görə qəbul edilən kağızlar boş bir sənəddir və heç bir təsir imkanına malik deyil. Həmin qüvvələr diqqətlərini Qarabağ məsələsinə yönəltsələr daha yaxşı olar”.
Elnur Eltürk