“Avropa İttifaqının rəhbərləri belə bir qərara gəliblər ki, …”

media-hightechnic-468x90

publika.az1409908900axar.az1396259377novruz“Qәrbdә, Avropada bәzi dairәlәr Azәrbaycana qarşı әdalәtli yanaşma nümayiş etdirmir”.

Bunu Azәrbaycan Prezident Administrasiyası rәhbәrinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov Riqada deyib.

N. Məmmədovun sözlәrinә görә, Azәrbaycan bununla bağlı dәfәlәrlә mövqeyini bildirib: “Hәtta müәyyәn mәsәlәlәrlә bağlı Azәrbaycana qarşı tәşkil olunmuş, koordinasiya edilmiş kampaniya aparılır. Bir neçә hәftә әrzindә hәddindәn çox müxtәlif proseslәr, dinlәmәlәr, mәtbuatda yazılar, televiziya kanallarında verilişlәr gedib. Bunlar hәqiqәti әks etdirmir. Buna Azәrbaycan tәrәfi cavabını verir vә verәcәk”.

***

“Ermәnistan tәrәfi Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә bağlı ciddi addımlar atmaq iqtidarında deyil vә bunu etmir”.

Bunu Azәrbaycan Prezident Administrasiyası rәhbәrinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Mәmmәdov Riqada Azərbaycan jurnalistlərinə açıqlamasında deyib.

Onun sözlәrinә görә, Azәrbaycan tәrәfi bununla bağlı hәmişә öz mövqeyini bildirib: “Ona görә dә biz hәmsәdrlәri hər zaman daha fәal olmağa çağırırıq, onlar da hansısa addımlar atırlar”.

***

“Tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq uğurla davam etdirilsin”

“Azərbaycanın mövqeyi həmişə ondan ibarət olub ki, “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin hər biri ilə o olkələrin xarakteri nəzərə alınaraq münasibətlər qurulsun”.

Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqada Azərbaycan jurnalsitlərinə açıqlmasında deyib.

“Təəssüf ki, indiyə kimi belə deyildi. Amma bu sammitdə görünür ki, Avropa İttifaqının rəhbərləri belə bir qərara gəliblər ki, əməkdaşlığı fərqləndirsinlər. “Şərq tərəfdaşlığı” dövlətləri məsələlərə öz nöqteyi-nəzərindən, öz maraqları çərçivəsində yanaşır. Fikrimcə, tərəflər əllərindən gələni etməlidir ki, əməkdaşlıq gələcəkdə də uğurla davam etdirilsin. Bunun üçün də qarşılıqlı maraqlar nəzərə alınmalıdır. Hər bir ölkənin bu tərəfdaşlıq çərçivəsində gördüyü işlərin, əməkdaşlığın xarakterinin nəzərə alınması vacibdir”, – deyə o bildirib.

N. Məmmədov bildirib ki, Riqada keçiriləcək sammitdə bu illər ərzində Avropa İttifaqı ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında əməkdaşlığın vəziyyəti, bu əməkdaşlığın gələcək perspektivləri barədə danışıqlar aparılacaq(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600