“Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi?”

media-hightechnic-468x90

azay quliyev esas7“Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnamə siyasi baxımdan acı təəssüf hissi doğurduğu kimi hüquqi baxımdan da absurddur”.

Bu barədə millət vəkili Azay Quliyev özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, avropalı deputatların bu qərarı qərəzli və tarixi faktlara söykənmədiyi üçün heç bir təsir gücünə malik deyil:

“Avropa Parlamentinin bəzi üzvləri tarixə ədalətli və obyektiv baxış sərgiləmək məqsədilə bu qətnaməni qəbul etdiklərini deyirlər. O zaman onlardan soruşmaq lazımdır: “23 il əvvəl hamının gözü qarşısında baş verən, aydın və dəqiq faktlarla sübuta yetirilən, eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən etiraf edilən Xocalı soyqırımı haqqında Avropa Parlamenti nə vaxt qətnamə qəbul edəcək? Və yaxud BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və icrası məcburi olan 4 qətnamənin icrasını təmin etməyən işğalçı Ermənistana qarşı nə zaman siyasi və ya iqtisadi sanksiyalar qəbul ediləcək?”

Millət vəkili hesab edir ki, əgər Avropa Parlamenti az da olsa ədalətlilik və obyektivlik prinsipinə hörmət edirsə, yaxın zamanlarda dediyim qətnamələri qəbul edərək özünün qərəzli olmadığını sübut etməlidir: “Görək Avropa Parlamenti belə bir cəsarət nümayiş etdirəcəkmi? İnanmaq çox çətindir.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600