!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın təcili silahlanma QAYĞISI: “Ukrayna müharibəsinin uzanması əksər ölkələri...”

!Reklam – Yazi

“Ukrayna kimi ölkə Rusiyanın qarşısında dayana bilmirsə, digər ölkələr heç dayana bilməz”.

Bu fikirləri Çexiya və Almaniya rəsmilərinin Rusiyaya qarşı müharibəyə hazırlaşdıqlarına dair verdikləri bəyanatlara münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ukrayna müharibəsinin uzanması əksər ölkələri öz hərbi arsenallarını gücləndirməyə vadar edib:

“Seyid cəddinə arxayın olan kimi, Avropa ölkələri də əsas qüvvəsi ABŞ olan NATO-ya arxayın olmuşdular. Düşünürdülər ki, belə təhlükəsizlik “çətir”i altında heç kəs onlara hücum etməz. Baş verən hadisələr göstərdi ki, bu bir illüziya, sabun köpüyü imiş.

Onlar fikirləşirdilər ki, Rusiya Ukraynaya hücum etmək cəsarəti göstərə bilməz. Ancaq bu baş verdi. Onlar düşünürdü ki, ruslar Gürcüstanda, Krımda olduğu kimi, qısa zamanda dayanarlar. Lakin dayanmırlar və hücumu davam etdirirlər.

Rusiya öz hərbi qüdrətini artırmaqla məşğuldur. Söhbət təkcə atom silahlarından getmir. Gözlənilirdi ki, Rusiyanın köhnə silahları tükəndikdən sonra Moskva sülh danışıqlarına gedəcək. Elə deyil, Rusiya istər raket, istər mərmi, hərbi texnika və digər hərbi sursat istehsalını tam bərpa edib. Ona görə də, indi yavaş-yavaş irəliləyir.

Dünyanın Ukraynaya verdiyi kağız pul onlara yetmir. Çünki Ukraynaya kağız yox, silah lazımdır. Avropada ən çox mərmi ehtiyatı olan ölkə Fransa idi, o da cəmi bir həftə davam gətirdi. Almaniyanın isə 5 günlük mərmi ehtiyatı vardı. Sözügedən ölkələr mərmilərin bir hissəsini anbarlarında saxlamağa məcbur olurlar. Fransa və Almaniya artıq yenidən silahlanmaya qərar verib.

Ümumiyyətlə, Ukrayna müharibəsinin uzanması əksər ölkələri öz hərbi arsenallarını gücləndirməyə vadar edib. Ukrayna kimi ölkə Rusiyanın qarşısında dayana bilmirsə, digər ölkələr heç dayana bilməz. Rusiyanın revanşist qüvvələri də bunu gizlətmirlər. Mitinqlər keçirib, Berlinə qədər gedəcəklərini deyirdilər. İstər Birinci, istərsə də İkinci Dünya müharibəsi zamanında qorxu ocağının bir tərəfi Almaniya, digər tərəfi isə Rusiya idi.

Bu gün də Rusiya baş qaldırıb. Göründüyü kimi, ABŞ-nin də qüdrəti Rusiyanın qarşısını ala bilmir. Daha dəqiq desək, ABŞ onun qarşısını almaq istəmir. Yeni güc mərkəzi kimi ortaya çıxan Çin, o cümlədən, İran Rusiyanı dəstəkləyir. Bütövlükdə Rusiyanı sanksiyalarla çökdürmək siyasəti iflasa uğradı. Çünki Rusiya yaşayır və ayaqdadır. Avropa ölkələri üçün isə qorxu və təhlükə var”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv