Avropaya kəskin etiraz bəyanatı

media-hightechnic-468x90

79065Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi bu il aprelin 15-də Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməyə etiraz bəyanatı qəbul edib.

Yenicag.az anspress-ə istinadən  xəbər verir ki, sənəddə deyilir: “Avropa Parlamentində “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməyə kəskin etirazımızı bildirərək, bunu reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi dəyərləndiririk. Belə hesab edirik ki, bu sənəd Avropadakı erməni lobbisinin təsiri altında olan Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunub”.

Bəyanatda diqqətə çatdırılır ki, Avropa Parlamentinin bu addımı Qərbdə, o cümlədən qurumda mövcud olan ikili standartların və islamofobiya əhval-ruhiyyəsinin bariz nümunəsidir. Necə olur ki, 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən anti-türk, anti-Azərbaycan, anti-İslam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdür. Ən yeni tariximizdə Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə yanaşılır. Əslində, bu kimi hadisələrin tarixçilərin tədqiqat obyekti olacaqına imkan yaradılmır. Bütün bunlar bizdə dərin təəssüf hissi doğurur və haqq- ədalətin nə vaxtsa mütləq bərqərar olacağına inanırıq.

Bəyanatın sonunda vurğulanır: “Biz, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 57.000 (əlli yeddi min) üzvü adından, 15 Aprel 2015-ci ildə Avropa Parlamentində qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul edilmiş qətnaməyə öz etirazımızı bildirir, bunu reallıqdan uzaq, qeyri-ciddi və ikili standartların bariz nümunəsi kimi qiymətləndiririk.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600