Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 15 və 18 avqustda müsabiqəyə təqdim etdiyi 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili, 169 və 108A nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli və Sumqayıt-Quba şəhərlərarası, eləcə də Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutları üzrə müsabiqələri sentyabr və oktyabr aylarında keçirəcək.
AYNA-dan Yenicag.az-a bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
İddiaçıların təklifləri komissiya tərəfindən
– 33, 36, 168 və 169 nömrəli müntəzəm avtobus marşrutları, eləcə də Bakı-Şabran istiqamətində 5 Lot üzrə sentyabrın 26-da,
– 108A nömrəli müntəzəm avtobus marşrutu, Bakı-Şabran və Bakı-Siyəzən istiqamətlərində 6 Lot üzrə sentyabrın 29-da,
– Bakı-Siyəzən istiqamətində 5 Lot üzrə oktyabrın 3-də,
– Mingəçevir 12 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutu, eləcə də Bakı-Ağcabədi və Bakı-Siyəzən istiqamətlərində 5 Lot üzrə oktyabrın 6-da,
– Bakı-İmişli və Sumqayıt-Quba istiqamətlərində 5 Lot üzrə oktyabrın 10-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
www.yenicag.az