Avtobuslar 20 saat işləyəcək

media-hightechnic-468x90

oglasheni-kategorii-litc-s-pravom-besplatnogo-proezda-obshestvennim-transportom-v-hode-pervih-evropeyskih-igr-v-bakuBakıda ilk Avropa Oyunlarının keçiriləcəyi dövrdə paytaxtın ictimai nəqliyyatlı 20 saatlıq iş rejiminə keçəcək.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, tamaşaçıları idman obyektlərinə daşımaq üçün xəttə xüsusi ekspress-avtobuslar buraxılacaq.

“İdman obyektlərinin yerləşdiyi ərazilərdə avtomobillərin dayanması məhdudlaşdırılacaq. Yarışa gəlmək üçün bileti olacaq avtomobil sahibləri maşınlarını xüsusi dayanacaqlarda saxlayacaq, sonra isə ekspresslərlə yarışların keçirildiyi ərazilərə gedəcəklər”, – deyə, Həsənov bildirib.

O qeyd edib ki, həmin dövrdə həmçinin lisenziyasız taksilərin fəaliyyəti də qadağan ediləcək.

“Bundan başqa, xəttə 300 yeni sərnişin avtobusu buraxılacaq”, – deyə, mətbuat xidmətinin rəhbəri bildirib.

Avropa Oyunları 12 – 28 iyun tarixlərində Bakıda keçiriləcək və qitənin tarixində bir ilk olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600