Avtomobil ixracı azalıb

media-hightechnic-468x90

64298Gürcüstanın Statistika İdarəsi 2014-cü ilin yanvar-noyabr ərzində ölkədən Azərbaycana minik avtomobillərinin satışı ilə bağlı məlumat dərc edib.

media-banner_tkm

Statistikaya əsasən, həmin dövrdə Azərbaycan Respublikasına 252,3 milyon dollar məbləğində 16,8 min gürcü avtomobili idxal olunub.

Bu rəqəmlər Gürcüstandan Azərbaycana avtomobil ixracında əhəmiyyətli azalmanı göstərir. Belə ki, 2013-cü ilin eyni dövrü ilə müqayisədə gəlirdə 31,8%, avtomobil həcmində isə 59,2% enmə müşahidə olunub. 2013-cü ilin yanvar-noyabr aylarında 369,82 milyon dollar məbləğində 41,16 min avtomobil idxal edilib.

İxracın düşməsi Azərbaycanın Avro-4 ekoloji standarta keçməzi ilə izah olunur. Çünki, bu, iki ölkə arasında avtomobil ticarətində xarici nəqliyyat vasitələrinin idxalını kəskin məhdudlaşdırır. (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05