“Avtovağzal” stansiyasına gediş niyə “20 Yanvar”dan deyil, “Memar Əcəmi”dən olacaq?

media-hightechnic-468x90

Nəsimi Paşayev: “Hazırda Avtovağzal stansiyasının da inşa edildiyi xətt bənövşəyi xəttdir”

 Bildiyimiz kimi, “Avtovağzal” metrosuna gedis ona ən yaxın olan  20 yanvar metrostansiyasından deyil, “Memar Əcəmi” stansiyasından olacaq. Maraqlıdır, niyə məsafə bu qədər uzadılıb?

nesimiMetropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Yenicag.az-a açıqlamasında bildirdi ki, metropolitenin “Avtovağzal” stansiyasından başlanan xətt o biri digər xəttdən tamamilə fərqlidir: “20 Yanvar stansiyası yerləşir  yaşıl xətt üzərində. Ümumiyyətlə, yaşıl xətt Dərnəgül-Xətai stansiyaları arasındadır. Hazırda inşa etdiyimiz xətt isə bənövşəyi xəttdir. O da başlayır Avtovağzal stansiyasından 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanıb gedəcək. Yəni bənövşəyi xəttin yaşıl xəttlə heç bir əlaqəsi yoxdur. Memar Əcəmi-2 stansiyasında isə keçid stansiyası olacaq. Belə də, “Avtovağzal” stansiyasının 20 Yanvar stansiyası ilə əlaqələndirməyin  nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Onlar arasında əlaqə yoxdur”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600