AXCP AXC-siz qaldı… – Şərhlər

media-hightechnic-468x90

602454_382652885146651_75464011_n (1)Teyyub Qənioğlu: “Əli Kərimlinin özündən başqa heç kəsi bəyənməmək siyasəti təbii ki, əsl cəbhəçilərdə ona qarşı ikrah hissi oyadır”

Xəbər verildiyi kimi, AXCP sədrinin müşaviri Şakir Abbasov partiya sıralarından istefa verdiyini bəyan edib. O istefasının səbəbini təşkilatın yürütdüyü siyasətilə razılaşmaması ilə əlaqələndirib. Onu da qeyd edək ki, Ş. Abbasovun istefası ilə Əli Kərimlinin rəhbəri olduğu AXCP-də artıq bir nəfər də olsun AXC-nin ilk toplantısına qatılan cəbhəçi qalmadı.

Bu andan Əli Kərimlinin AXCP-si büsbütün “yurdçulardan” ibarətdir. Ş. Abbasovun istefası ilə AXC-nin varisində bir nəfər də ilk cəbhəçilərin qalmamasına vaxtilə həmin qurumda onun silahdaşları olmuş və indi başqa-başqa partiyalarda təmsil olunan siyasilərin fikirləri də birmənalı deyil.

Yenicag.az saytına açıqlamasında BAXCP Ali Məclisinin sədri Teyyub Qənioğlu: “Təəssüf edirəm ki, Azərbaycan siyasətinin üzdə olan, milli azadlıq hərəkatında yaxından iştirak edən, öz həyatını bu millət yolunda qoyan insanlar yavaş-yavaş siyasi səhnədən çəkilirlər. Təəssüf edirəm ki, siyasi səhnədən çəkilən belə insanların sayı da getdikcə artmaqdadır. Ətrafdakılarının Əli Kərimlini tərk etməsinin bir sıra səbəbləri var. Birinci səbəb odur ki, Əli Kərimli özündən başqa heç kəsi bəyənmir. Əli Kərimli özünün rəhbərlik etdiyi təşkilatın mənafeyini milli, dövlətçilik mənafeyindən üstün tutur. Təbii ki, belə siyasət əsl cəbhəçilərin, öz müstəqil sözünü deməyə qadir insanların xoşuna gəlmir, onlarda ikrah hissi oyadır. Onlar dəfələrlə Əli Kərimlini düzgün yola qayıtmağa dəvət ediblər. Amma nə faydası. Rəhbəri, lideri düzgün yola gətirmək mümkün deyilsə, ikinci yol qalır. O da istefa verib getməkdən ibarətdir. Hansı partiyada olmasından asılı olmayaraq, milli azadlıq hərəkatında yaxından iştirak edən insanlar siyasi səhnədən çəkilməsini təəssüf hissilə qarşılayıram”.

Vaxtilə AXCP sədri Əli Kərimli ilə düşmən olan, hazırda isə dostlaşan KXCP sədri Mirmahmud Mirəlioğlu isə bu mövzuda danışmaqdan yayındı: “Bu mövzuda danışmaq istəmirəm”.

Müsavat başqanı Arif Hacılı isə sözügedən məsələni başqa siyasi təşkilatın daxili işi hesab etdi: “Başqa partiyaların daxili işlərinə qarışmaq istəmirəm”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600