Ayı meyiti qəbirdən aparıb

media-hightechnic-468x90

46960 (1)Ayı qəbirdən meyiti çıxarıb apardı. Hadisə Türkiyədə baş verib. Kastamonu şəhərində son aylarda peyda olan ayı cəsədləri məzardan çıxararaq yeyir. Bu dəfə isə o 25 gün öncə ölən yaşlı kişinin meyidini məzardan çıxararaq yoxa çıxıb.

Ayı əvvəllcə 65 yaşlı kişinin məzarını baş hissədən dağıtmağa başlayıb. Lakin taxtaları aça bilmədiyi üçün qəbrin aşağısını qazaraq deşib. Başqa bir nəfəri dəfn etmək üçün qəbristanlığa gələn kəndlilər dəhşətli mənzərə ilə qarşılaşıblar.

Axtarışa başlayan kəndlilər və xilasedicilər məzarlığın yaxınlığında kəfən hissələri və insan sümükləri tapıblar.

Kənd sakinləri qəbristanlığı kollarla əhatəyə almaq istəsələrdə bu vəhşi heyvanın qarşısını almağa kifayət etməyib.

(anspress.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600