AYNA: Metro xətləri üzrə bütün marşrutlarda avtobusların sayı artırılır

media-hightechnic-468x90

Bakıda metro xətləri üzrə olan bütün şəhərdaxili marşrutlara əlavə avtobusların cəlb olunması həyata keçirilir.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

“Daşıyıcılara xətlərə əlavə və ehtiyat nəqliyyat vasitələrinin buraxılması ilə bağlı tapşırıq verilib. Prosesə nəzarət olunur” – deyə qurumdan bildirilib.

Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu gün günorta saatlarında Bakı metrosunun “Ulduz” – “Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Bu səbəbdən qatarların bütün stansiyalarda girişə məhdudiyyət tətbiq edilib və sərnişinilərin təxliyəsi həyata keçirilib. Metronun yaxın bir saat ərzində fəaliyyəti bərpa ediləcəyi bildirilib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05