Aytac keçmiş qayınanasından DANIŞDI: “Buna görə ona təşəkkür edirəm”

media-hightechnic-468x90

“Övladlarım ataları ilə görüntülü danışır”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Aytac Bərdəli keçmiş həyat yoldaşı barədə “Qonaqcanlı” verilişində danışarkən deyib.

Sənətçi keçmiş qayınanasının övladlarına maddi və mənəvi dəstək göstərdiyini də etiraf edib:

“İki ovladım var, onlara həm atayam, həm ana. Yayda uşaqları nənəsinin, atasının yanına göndərəcəyəm. Onlar tez-tez Azərbaycana gəlirlər. Hər gün övladlarım ataları ilə görüntülü danışır. Ataları maddi dəstək də göstərir. Əsas da övladlarımın nənəsinə təşəkkür edirəm, nəvələrini çox sevir. O, nəvələrinə çox diqqət, sevgi göstərir”.

Sənətçi aparıcının “gələcəkdə qayınananın təkidi ilə yenidən həyat yoldaşınla bir araya gələrsənmi” sualını da cavablandırıb:

“Yox, belə şey düşünmürük. Yalnız qayınanamla danışıram”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600