Aytəkinin ailəsində ÖZƏL GÜN: “Səni çox sevirəm” - FOTOLAR
“Hər addımımda səni düşünürəm, hər duamda adın var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova sosial şəbəkə hesabındakı paylaşımında qızına xitabən qeyd edib.
O, övladının doğum günündə fotolar paylaşaraq təəssüratlarını belə ifadə edib:
“Düz 12 il əvvəl həyatımın ən qiymətli hədiyyəsi, əvəzolunmaz sevgisi, gözəl gözlü Nərgizim dünyaya göz açdı. Sanki dünən balaca əllərindən tutub ilk addımlarını izləyirdim, indi isə qarşımda xəyalları, düşüncələri böyüyən gözəl bir qız dayanıb. Gözəl qızım, sən doğulduğun gündən bu yana mənim dünyaya baxışım dəyişib. Artıq hər addımımda səni düşünürəm, hər duamda adın var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən. Sən mənim ən həssas yerimsən, Nərgizim. Həyatın həmişə üzün kimi işıqlı, qəlbin kimi gözəl olsun. Heç vaxt gülüşün solmasın, arzuların yarım qalmasın. Bil ki, sən nə qədər böyüsən də, mənim üçün həmişə o şirin baxışlı, gül qoxulu balaca qızım olaraq qalacaqsan. Səni çox sevirəm, Nərgizim”.
Qeyd edək ki, aparıcının iki övladı var. Oğlu Fərid Macarıstanda, Korvinus Universitetinin “Data Science in Business” fakültəsində təhsil alır.

Nehru













