AZAL qiymətləri ucuzlaşdırdı
“Azərbaycan Hava Yolları” bilet tariflərində güzəştlər tətbiq etməyə başlayıb.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, avia şirkət Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlarında (“ora və geriyə”) xüsusi 20% güzəşt aksiyasının keçirilməsinə başlayıb.
“Azərbaycan Hava Yolları” bu aksiyalarla bağlı sərnişinlərinin nəzərə çatdırır ki:
-uçuş tarixləri 16.04.2015 – 01.07.2015
-aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
-bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur
-yerlər məhdud olar bilər.
-maksimal qalma müddəti bir ay.
“Azərbaycan Hava Yolları”ndan bildirilir ki, daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırıması üçün Çağırış Mərkəzinə müraciət edilməlidir.