!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyev ATƏT PA-nın mövqeyini tənqid edib

!Reklam – Yazi

_azay_guliyev_010515_1ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməkdən imtina etməsi barədə qərarı olduqca təəssüfedicidir. Trend-in məlumatına görə, bunu Belqrad şəhərində ATƏT Parlament Assambleyası Bürosunun iclasında çıxışı zamanı ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, DTİHB-nun direktorunun Azərbaycanın təklifləri barədə müzakirə keçirmədən birtərəfli qaydada qərar qəbul etməsi ATƏT dəyərlərinə, qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə tamamilə ziddir.

Eyni zamanda ATƏT PA-nın DTİHB-nun qərarını rəhbər tutaraq Azərbaycanda parlament seçkilərini müşahidə etməkdən imtinası isə daha çox məyusedicidir:

“Həqiqətən təəssüfedicidir ki, nə ATƏT PA, nə də DTİHB 1 noyabr 2015-ci il tarixində keçirilən parlament seçkilərini müşahidə etmək üçün Azərbaycanın dəvətini doğru qiymətləndirə bilmədilər. Fikrimcə, ATƏT PA və DTİHB tərəfindən qəbul edilən qərar ciddi səhv idi və açıq-aşkar hər iki qurumun mandatına uyğun deyildi. Sadəcə ona görə ki, DTİHB Azərbaycan da daxil olmaqla iştirakçı dövlətlər tərəfindən bütün ATƏT ərazisindəki seçkiləri müşahidə etməklə demokratik seçkiləri təşviq etmək və bu sahədə mümkün boşluqları və çatışmazlıqları aradan qaldırmaqda onlara köməklik etmək üçün yaradılıb”.

A.Quliyev daha sonra deyib: “Təəssüflər olsun ki, DTİHB və ATƏT PA Azərbaycanda bu missiyanı yerinə yetirə bilmədilər. Bu qərarla ATƏT PA tarixində arzuolunmaz bir presedentin əsasını qoydu. Düşünürəm ki, hər iki qurum verdikləri qərarı bir daha qiymətləndirməli və gələcəkdə oxşar səhvlərin qarşısını almalıdır. Sonda məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycandakı parlament seçkiləri Avropa Şurası Parlament Assambleyası daxil olmaqla, yüzlərlə xarici müşahidəçinin də təsdiqlədiyi kimi şəffaf və demokratik keçirildi”.

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv