Azay Quliyev Xədicə İsmayılovadan danışdı

media-hightechnic-468x90

28626“Jurnalist Xədicə İsmayılovanın həbsində hər hansı bir siyasi məqam və ya jurnalist fəaliyyətilə bağlılıq yoxdur, o, konkret bir şəxsin- vaxtilə həmkar olduğu bir gəncin şikayəti ilə saxlanılıb və haqqında həbs qəti imkan tədbiri seçilib.”

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Azay Quliyevin sözlərinə görə əvvəllər ciddi münasibətləri olmuş şəxslər arasında baş verən hadisəyə digərinin şikayəti əsasında hüquq mühafizə orqanlarının qanuni reaksiyasına bəzi qurumlar tərəfindən siyasi don geyindirilməsi cəhdi anlaşılan deyil və qətiyyən yol verilməzdir:

“Ən azı ona görə ki, Xədicə İsmayıl hökumət qurumlarının ittihamı ilə deyil, öz həmkarı və yaxın münasibətdə olan şəxsin şikayəti ilə həbs olunaraq haqqında araşdırmalar aparılır. Hamı bilməlidir ki, siyasi fəaliyyət, peşəkar jurnalsit fəaliyyəti heç kimə məhkəmə təqibindən immunitet hüququ vermir.

Azərbaycan Respublikasında söz, mətbuat və informasiya azadlıqları mövcuddur və heç kim bu fəaliyyətə görə təqib olunmur”- deyə milət vəkili fikrini yekunlaşdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600