!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azər Paşa Nemətovun yerinə təyinatla bağlı MÜZAKİRƏ: “Kimi məsləhət bilsələr…” - Əməkdar artist

!Reklam – Yazi

Akademik Milli Dram Teatrının bədii rəhbəri, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovun postuna kimin təyin olunacağı barədə müzakirələr səngimək bilmir. Aktyor, rejissor və digər yaradıcı insanlar tərəfindən sosial şəbəkələrdə bununla bağlı müxtəlif fikirlər səsləndirilir, hər kəs öz namizədinin adını çəkir. Bəzi sənət adamları isə heç bir namizədin adını çəkmir və gözləmə mövqeyindədirlər.

Yenicag.az-a açıqlama verən tanınmış aktyor, Əməkdar artist Abbas Qəhrəmanov da bu fikirdədir ki, direktor və bədii rəhbər vəzifəsinə təyinat dövlət tərəfindən müəyyən olunacaq:

“Mənim bu məsələ ilə bağlı fikrim konkretdir. Dövlət kimi layiq bilsə, kimi məsələhət bilsə, onu da Akademik Milli Dram Teatrına rəhbər təyin edəcək. Həmin şəxs də Azərbaycan teatrının şərəfi, şöhrəti naminə çalışacaq. Biz aktyorlar da üzərimizə düşəni edəcəyik, yəni öz yaradıcılığımızla məşğul olacağıq”.

Aktyor Teatr Xadimləri İttifaqı ilə də bağlı fkrini bildirib:

“Qaldı ki, Teatr Xadimləri İttiafaqına, bu təşkilat öz funksiyasını itirmiş bir qurumdur. Nə əhəmiyyəti, nə də ziyanı da var. Yaxşı olardı ki, onun fəaliyyət istiqaməti dəyişdirilsin, yenilənsin”.

Cəvahir

www.yenicag.az

550
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv