Azərbaycan Albaniyaya qaz verəcək

media-hightechnic-468x90

79499

Azərbaycan nümayəndə heyəti Albaniyada mühüm görüşlər keçirib.

Energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniya Respublikasında səfərdədir.

Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

(anspress.com)

dbcde7b75e03

 

add0136bf227

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600