Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.
Yenicag.az-ın PFL-ə istinadən verdiyi məlumata görə, bu, XV turun “Qarabağ” – “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.
Bunadək ən çox tamaşaçı “Sabah” – “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.
Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” – “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.
Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.
www.yenicag.az