Azərbaycan cüdoçusu ermənini diz çökdürdü

media-hightechnic-468x90

Belarusun paytaxtı Minskdə cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Yenicag.az xəbər verir ki, yarışın ilk günündə millimizin çıxışı uğurlu alınıb. Belə ki, cüdoçularımız 2 qızıl medal qazanıblar.

66 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə və 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Belarusda Azərbaycan bayrağını dalğalandırıblar.
Hidayət Heydərov yarımfinalda Ermənistan cüdoçusu Arsen Qazaryanı məğlub edib.

Xatırladaq ki, 46 ölkədən 411 (285 kişi, 126 qadn) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 15 cüdoçu (10 kişi, 5 qadın) ilə təmsil olunur.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa