Premyer Liqada 2018/19 mövsümünün rekordu qeydə alınıb.
Yenicag.az PFL-ə istinadən məlumat verir ki, III turun “Qarabağ” – “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib.
belə ki, “Azersun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib.
İlk iki turda rekord “Səbail” – “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az – 1050 tamaşaçı toplamışdı.
Qeyd edək ki, arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu – 4450-si hesabat turunda qeydə alınıb.
www.yenicag.az