“…Azərbaycan dövlətinə olan mənfi baxışları hamıya məlumdur”
“Müraciətin altında imzası olanlardan iki nəfər azərbaycanlının Azərbaycan dövlətinə olan mənfi baxışları hamıya məlumdur.
Elə buna görə də aydın olur ki müraciətdə yer alan fikirlər qərəzlidir, yanlışdır və reallığı əks etdirmir”.
Millət vəkili Musa Qasımlı Azərbaycanda insan haqlarının pozulmasına dair ABŞ dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən belə deyib. Bildirib ki, bu tip müraciətlər Azərbaycan-Amerika münasibətlərini pozmaq məqsədilə edilir: “Belə müraciətlər ya Azərbaycanı gözdən salmaq üçündür, ya da iki dövlət arasındakı münasibətləri korlamaq məqsədi daşıyır. Bəllidir ki, Azərbaycanla ABŞ-ın münasibətlərinin pozulmasında maraqlı olan dövlətlər, qurumlar var. Amma əminəm ki, indi daha çox QHT-lər vasitəsilə atılan bu addımlar heç bir nəticə verməyəcək”.
M.Qasımlı sözügedən iki dövləti birləşdirən bir çox ortaq maraqların olduğunu qeyd edib. Onun fikrincə, münasibətlərin soyuması nə Azərbaycanın, nə də ABŞ-ın mənafeyinə uyğundur.
Aznews.az