Azərbaycan əhalisinin sayı açıqlanıb

media-hightechnic-468x90

83df411a6bbd07634690acbb56fc3148Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabr ayının 1-i vəziyyətinə 9 mln. 676 min 500 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir. Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.

media-ziraat-728x90

Azərbaycan əhalisinin sayı açıqlanıb

media-hightechnic-468x90

663713_451185Azərbaycan əhalisinin sayı ötən il 115,9 min nəfər və yaxud 1,2% artaraq bu ilin əvvəlinə 9 593 min nəfər olub.

2014-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 0,9%-ni təşkil edib.

Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür və hər 1000 kişiyə 1009 qadın düşür.

Son illər ərzində ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 114,9 min nəfər çox olub. Belə ki, 2014-cü ildə ölkədə 170,5 min körpə doğulub, əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 18,1 təşkil edib. Doğulanların 53,6%-i oğlanlar, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 3 148-i əkiz, 60-ı isə üçəm doğulub.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Ötən il ərzində ölkədə 55,6 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,9 təşkil edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600