Azərbaycan ərəb ölkələrində seysmik stansiyalar quracaq

media-hightechnic-468x90

8319Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Dubay və Qətərdə seysmik stansiyalar quraşdıracaqlar.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Mərkəzdən bildiriblər. Qeyd olunub ki, azərbaycanlı mütəxəssislər ərəb ölkələrində ABŞ-ın “Kinemetrics” şirkətinin istehsal etdiyi stansiyaları quraşdıracaqlar.

Sistem inteqratoru funksiyasını yerinə yetirən Seysmoloji Mərkəz “Kinemetrics” şirkətinin Asiya və ərəb ölkələrində stansiyalar şəbəkəsinin quraşdırılması üzrə məsul tərəfdaşı seçilib.

Bundan əvvəl azərbaycanlı mütəxəssislər bu stansiyaların Omanda quraşdırılmasını həyata keçiriblər.

Bundan başqa, Əbu Dabidə peyk texnologiyaları əsasında çalışan telemtrik stansiya da RSXM-in mütəxəssisləri tərəfindən quraşdırılıb, həmçinin yerli mütəxəssislər üçün təlimlər təşkil olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600