“Azərbaycan FETÖ-nü terror təşkilatı elan edə bilər” – Politoloq

media-hightechnic-468x90

“Belə bir qərar ölkəmizdə həmin şəbəkəyə qarşı həyata keçirilən tədbirlərin məntiqi sonluğu olmalıdır”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın FETÖ şəbəkəsini terror təşkilatları siyahısına daxil etməsinin mümkünlüyünə dair gözləntisinə münasibət bildirən politoloq Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Azərbaycanın belə bir qərar qəbul etməsi mümkün və zəruridir:

“Əlbəttə ki, Türkiyə prezidentinin bu gözləntisi səbəbsiz deyil. Azərbaycan və Türkiyə həqiqətən də, örnəyi olmayan münasibətlərə malik qardaş ölkələrdir.

FETÖ şəbəkəsinin Türkiyə üçün nə dərəcədə həssas məsələ olduğunu hamımız bilirik. O şəbəkənin ifşasından sonra Türkiyənin təqdimatları əsasında Azərbaycanda FETÖ-nün strukturlarına qarşı davamlı tədbirlər görüldü.

O baxımdan, Azərbaycanın FETÖ-nü terror təşkilatları siyahısına daxil etməsi mümkün olmaqla yanaşı, həm də zəruridir. Belə bir qərar ölkəmizdə həmin şəbəkəyə qarşı həyata keçirilən tədbirlərin məntiqi sonluğu olmalıdır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Ali Məhkəməsinin FETÖ-nü terror təşkilatı siyahısına daxil etməsindən sonra Azərbaycanın da belə bir addım ata biləcəyini deyib.

A.Zeynalov

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600