Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

media-hightechnic-468x90

Azərbaycan güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərində davam edən U-20 dünya çempionatında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, o, 1/8 finalda serbiyalı Andriya Mixaloviç, 1/4 finalda ermənistanlı Ruben Gevorqyan, yarımfinalda isə qazaxıstanlı Temirlan Turdakin üzərində qələbə qazanaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Səmədovun finaldakı rəqibi qırğızıstanlı Asan Janişov olacaq.

Digər güləşçilərimizdən Rahim Həsənov (55 kq), Məhəmməd Şükürzadə (63 kq) və Məzaim Mərdanov (130 kq) isə bürünc medal uğrunda görüşə çxıacaq.

Qeyd edək ki, medal uğrunda görüşlər sabah keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600