!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan iqtidarı Bərzaninin referendumunu tanımır

!Reklam – Yazi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İraq Kürdüstanında keçirilən müstəqillik referendumuna münasibət bildirib.

Yenicag.az-ın məlumatına görə, YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, kürdlərin referendumu hüququ əhəmiyyətə malik deyil.

“İraq Kürdüstanı xaricdən dəstək almasaydı, referendum keçirdə bilməzdi. Bu referendumun nə hüquqi, nə də praktiki əhəmiyyəti var”.

A.Mirzəzadə hesab edir ki, İraqın mərkəzi hakimiyyətinin razılığı olmasa, hansısa bir region özünün müstəqilliyini elan edə bilməz:

“Qonşu ölkələr regionda yeni dövlətin qurulmasına razı deyil. Bu gün İraq Kürdüstanında region səviyyəsində müstəqil fəaliyyət göstərmək üçün bütün imkanlar var. Region dövlətləri də bu məsələyə qarışmayıblar. İndi onların müstəqil dövlət elan etmək istəyi həm İraq üçün, həm də qonşu dövlətlər üçün böyük təhlükə yaradır. Belə ki, Türkiyədə və Suriyada fəaliyyət göstərən PKK qüvvələri artıq leqal şəkildə həmin bölgədə oturuşa biləcəklər. Eyni zamanda İraq Kürdüstanı oradan keçən neft-qaz kəmərləri üçün də problemlər yaradacaq”.

Millət vəkili qeyd edib ki, İraq Kürdüstanı bu addımı ilə özünə böyük problem yaradacaq:

“Kürdlərin muxtariyyatını müdafiə edən qüvvələr onlara açıq dəstək verməyəcəklər. Bu baxımdan onlar tərəfindən atılmış bu addım siyasi səhvdir. Məlumata görə, Türkiyə və İran aviauçuşları dayandırıb. Həmçinin sərhədləri bağlayıblar. Bundan başqa tədbirlərin görülməsi də gözlənilir. Bu hallar ondan xəbər verir ki, separatçılıq dünya üçün çox böyük təhlükədir. Ölkələr II Dünya Müharibəsindən sonra qəbul edilmiş sərhədlərin toxunulmazlığı məsələsinə həssaslıqla yanaşmalıdırlar”.

Qeyd edək ki, bu gün İraq Kürdüstanı müstəqillik qazanmaq üçün referendum keçirir. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Referendumda 5 milyon 200 min seçicinin iştirak edəcəyi gözlənilir. Referendumla əlaqədar bölgədə vəziyyət kritik həddədir. Hazırda davam edən referendum bütün dünyada diqqətlə izlənilir.

COP29

www.yenicag.az

1095
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv