Azərbaycan kubokunda yarımfinalçılar məlum oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

Yenicag.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib. Belə ki, “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Səfərdəki ilk matçda 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” növbəti mərhələyə vəsiqə qazanıb.

Günün son görüşündə “Qarabağ” və “Keşlə” üz-üzə gəlib. İlk görüşdə (1:0) rəqibindən üstün olan Ağdam təmsilçisi cavab matçında 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Beləliklə, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt”, “Qarabağ”, “Qəbələ” və “Zirə” komandaları mübarizə aparacaqlar.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600