Azərbaycan mədəniyyətinə AĞIR İTKİ - Rafael Dadaşov dünyasını dəyişdi - Dəfn yeri açıqlandı

media-hightechnic-468x90

Xalq artisti Rafael Dadaşov bu gün vəfat edib.

Yenicag.az-ın məlumatına görə, bu gün dünyasını dəyişən Rafael Dadaşov II Fəxri Xiyabanda dəfn ediləcək.

Onun cənazəsi sabah saat 14:00-da evindən götürüləcək.

***

15:49

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Yenicag.az-a bu barədə Akademik Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib: “Hazırda teatrın kollektivi mərhumun evinə gedir. Harada dəfn olunacağı dəqiqləşdirilməyib.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Cəvahir

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05