“Azərbaycan mədəniyyətinin təbliği günləri” Festivalı keçiriləcək - Bişkekdə

media-hightechnic-468x90

Bişkekdə “Azərbaycan mədəniyyətinin təbliği günləri” Festivalı keçiriləcək. Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maairfləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək “Orta Asiyada Azərbaycan Mədəniyyətinin təbliğinə çağırışlar – Bişkek festivalı” Qırğızıstan-Türkiyə Manas Universitetində keçiriləcək.

Türkiyə və Azərbaycanın Bişkekdəki diplomatik korpusunun əməkdaşları, Manas Universitetinin rəhbər heyəti, Qırğızıstandakı QHT nümayəndələri, universitetin müəllim və tələbə heyətinin iştirakı ilə keçiriləcək festivalın üç gün davam edəcəyi gözlənilir.
Festival çərçivəsində Azərbaycanın “Dədə Qorqud”, “Dolu” və “Fəryad” filmləri tələbələr üçün davamlı olaraq, Sinema Salonunda yayınlanacaq.

Eyni zamanda, Manas Universitetində Azərbaycan mədəniyyətindən və tarixindən bəhs edən sərgi də Festival boyu şagirdlərin ixtiyarında olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600